Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Qaradağda 3 avtomobil toqquşub, xəsarət alan var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlimata görə, Bakı şəhəri, Qaradağ rayonunda 2 ədəd "KAMAZ" markalı və 1 ədəd "Mercedes" markalı yük avtomobili toqquşub.
Nəticədə, hər üç nəqliyyat vasitəsi zədələnib, 1 nəfər xəsarət alıb.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Qaradağda 3 avtomobil toqquşub, xəsarət alan var
Qaradağda 3 avtomobil toqquşub, xəsarət alan var.
