...

Azərbaycanda dünən 4 avtomobil yanıb, xəsarət alan var

Hadisə Materials 20 Yanvar 2012 12:39 (UTC +04:00)
Azərbaycanda dünən 4 avtomobil yanıb.
Azərbaycanda dünən 4 avtomobil yanıb, xəsarət alan var

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dünən 4 avtomobil yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda "Qazel" markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub və yanıb.

Nəticədə, hər iki avtomobilin yanar hissələri yanıb, minik avtomobilinin sürücüsü xəsarət alıb.

Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan mağazada tavan 18 kv.m sahədə, içərisində olan divar kağızları qismən, mağazanın girişindəki reklam lövhəsi 15 kv.m sahədə və qarşısında dayanmış "Subaru" markalı minik avtomobili yanıb.

Lənkəran şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Hər 3 fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti