...

Bakıda qadının intihar cəhdinin qarşısı alınıb

Hadisə Materials 20 Yanvar 2012 13:39 (UTC +04:00)
Bakıda qadıın intihar cəhdinin qarşısı alınıb.
Bakıda qadının intihar cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qadının intihar cəhdinin qarşısı alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda 1988-ci il təvəllüdlü qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, gənc qadın yaşadığı mənzilin qapısını içəridən kilidləyib və intihar etmək məqsədilə dərman qəbul edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olub və vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil verib.

Xəbər lenti

Xəbər lenti