Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Oğuzda məcburi köçkün həyat yoldaşını ov silahı ilə qətlə yetirib.
Rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, yanvarın 22-dən 23-ə keçən gecə Xocalı rayonundan olan və Oğuz rayonunda məskunlaşmış məcburi köçkün, 1985-ci il təvəllüdlü Ramil Xəlilov həyat yoldaşı, 1987-ci il təvəllüdlü Bəsti Xəlilovaya ov tüfəngi ilə atəş açaraq qətlə yetirib.
Hadisəyə onlar arasında olan ailə münaqişəsi səbəb olub.
Xəlilov saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.