Azərbaycan, Bakı, 28 yanvar /Trend/
Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in şənbə günü DİN-in saytına istinadən yaydığı məlumata görə, yanvarın 27-də saat 08:30 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Rəşad Süleymanov "Mersedes" markalı avtomaşını idarə edərkən yolu keçən Niyazi Ağayevi vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.