Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir K.Zərbalıyeva/
Qusar sakini dəm qazından zəhərlənərək ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün Qusar rayonunda yaşayan Hikmət Şirinov dəm qazından zəhərlənərək ölüb.
Yanvarın 31-də Abşeron rayon sakini Şövkət Məmmədova, Sabunçu rayonunun Pirşağı qəsəbə sakini Ədalət Eyvazov onun arvadı Məhəbbət - uşaqları Ləman, Gülüş və İman öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Onların vəziyyətləri qənaətbəxşdir