...

FHN Gəncədə bazarın yanması ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 1 Fevral 2012 14:38 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Gəncədə bazarın yanması ilə bağlı rəsmi məlumat yayıb/
FHN Gəncədə bazarın yanması ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi Gəncədə bazarın yanması ilə bağlı rəsmi məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda ümumi sahəsi 15 min kv.m olan Mərkəzi Kolxoz Bazarında yüngül konstruksiyalardan ibarət talvar və altında olan satış piştaxtaları (hər birinin ümümi sahəsi, təqribən, 8 kv.m olmaqla 146 ədəd) 2 400 kv.m sahədə yanıb.

Bazarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti