...

Azərbaycanda yol qəzalarında 13 nəfər xəsarət alıb

Hadisə Materials 4 Fevral 2012 10:09 (UTC +04:00)
Respublikada dünən 10 yol qəzası qeydə alınıb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aıb
Azərbaycanda yol qəzalarında 13 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir K.Zərbalıyeva/

Respublikada dünən 10 yol qəzası qeydə alınıb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisələr zamanı ölüm faktı qeydə alınmayıb.

Hadisələrin 2-i Bakıda qeydə alınıb və nəticədə 2 nəfər xəsarət alıb.

İdarədən bildirilib ki, respublika ərazisindəki qəzalar Gəndob-Yalama, İsmayıllı-Qaraməryəm, Bakı-Qazax yollarında, Yevlax, Gəncə, Zaqatala şəhər və rayonlarının ərazilərində qeydə alınıb.

İdarədən bildirilib ki, rayonlara gedən yollarda nəqliyyatın hərəkəti məhdudlaşmayıb, yolların müəyyən hissələrində buzlaşma olsa da, hərəkət üçün açıqdır.

Xəbər lenti

Xəbər lenti