...

İranda dövlət idarəsində silahlı şəxs üç nəfəri girov götürüb

Hadisə Materials 13 Fevral 2012 12:29 (UTC +04:00)
İranın İlam əyalətində dövlət idarələrinin birində silahlı şəxs üç nəfəri girov götürüb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İranın İSNA agentliyi xəbər verib.
İranda dövlət idarəsində silahlı şəxs üç nəfəri girov götürüb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir T.Cəfərov/

İranın İlam əyalətində dövlət idarələrinin birində silahlı şəxs üç nəfəri girov götürüb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İranın İSNA agentliyi xəbər verib.

Məlumata əsasən, İlam əyaləti polisi bəyanat yayaraq, hadisənin dünən yerli vaxtla saat 10:00-da baş verdiyini və silahlı şəxsin həmin idarənin işçilərinin birindən intiqam almaq məqsədilə bunu etdiyini bildirib.

Hadisə yerinə xüsusi təyinatlı dəstələr gəlib və beş saat davam edən danışıqlardan sonra silahlı şəxs polisə təslim olub, girov götürülmüş şəxslər isə azad ediliblər.

Həbs olunmuş şəxsdən bir ədəd silah və bir neçə güllə müsadirə edilib. Dövlət müəssisəsinin adı açıqlanmır.

Xəbər lenti

Xəbər lenti