Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir K.Zərbalıyeva/
Beyləqanda ağır yol qəzası olub, xəsarət alanlar var.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, dünən saat 23:00-da Beyləqanda "Mersedes"lə "VAZ 2107" toqquşub.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.