...

Kürdəmirdə itkin düşən qızların taksi ilə Bakıya gəldikləri müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 Fevral 2012 15:20 (UTC +04:00)
Kürdəmirdə itkin düşən qızların taksi ilə Bakıya gəldikləri müəyyənləşib (ƏLAVƏ OLUNUB)
Kürdəmirdə itkin düşən qızların taksi ilə Bakıya gəldikləri müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 13:09-da yayılıb)

Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda 3 məktəbli qız itkin düşüb.

Kürdəmir rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, rayonun Carlı kənd sakinləri - əkiz bacılar 16 yaşlı Röyalə və Minayə Novruzovalar, 16 yaşlı Tünzalə Şirəliyeva dünən itkin düşüblər.

Onlar yaşadıqları kənddən Kürdəmir rayonuna müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.

İtkin düşən məktəblilərin valideynlərinin polisə müraciətindən sonra araşdırmaya başlanılıb.

Onların müəllim yanına getmədikləri məlum olub.

Hazırda məktəbli qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, ilkin araşdırmalar zamanı məktəbli qızların Kürdəmir avtovağzalından könüllü olaraq taksi ilə Bakı Beynəlxalq Avtovağzalına gəldikləri müəyyənləşib.

Oradan onların hansı istiqamətə getdiyi hələlik müəyyənləşməyib.

Məlumata görə, qızlardan birinin mobil telefonu olsa da, həmin nömrəyə zəng çatmır.

Məktəbli qızları avtovağzala gətirən taksi sürücüsü dindirilib.

Qızların valideynləri ailələrində hər hansı münaqişə və problemin olmadığını bildiriblər. Onlar qızlarını axtarmaq üçün Bakıya gəliblər.

Xəbər lenti

Xəbər lenti