...

Bakıda müəllimə açıq dərs zamanı dünyasını dəyişib

Hadisə Materials 2 Mart 2012 09:27 (UTC +04:00)
Bakıda müəllimə açıq dərs zamanı dünyasını dəyişib.
Bakıda müəllimə açıq dərs zamanı dünyasını dəyişib

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda müəllimə açıq dərs zamanı dünyasını dəyişib.

Nəsimi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, İlyas Əfəndiyev adına Elitar Gimnaziyada dünən səhər saatlarında musiqi fənnindən açıq dərs prosesi zamanı 1970-ci il təvəllüdlü Bayramova Təranə İsmixan qızı qəflətən dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Qeyri-rəsmi mənbənin Trend-ə verdiyi məlumata görə, Bayramovanın adı "İlin müəllimi" nominasiyasına təqdim olunmuşdu. Müsabiqə qaydalarına görə, bu nominasiyaya təqdim olunan müəllimlər digər məktəblərdə açıq dərs verməlidirlər.

Bayramova Sabunçu rayon məktəblindəki 252 saylı məktəbin birinin musiqi müəlliməsi olub. Mərhumun ürək tutmasında dünyasını dəyişdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti