...

Dövlət Sərhəd Xidmətinin zabitinin meyiti tapılıb

Hadisə Materials 5 Mart 2012 10:23 (UTC +04:00)
Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən gecə saatlarında Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi 15 ünvanında 35 yaşlı İlqar Quluzadənin meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.
Dövlət Sərhəd Xidmətinin zabitinin meyiti tapılıb

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/

Dövlət Sərhəd Xidmətinin zabiti müəmmalı şəraitdə ölüb.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən gecə saatlarında Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi 15 ünvanında 35 yaşlı İlqar Quluzadənin meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.

Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Quluzadə Dövlət Sərhəd Xidmətinin tağım komandiri, leytenant olub.

Xəbər lenti

Xəbər lenti