...

Bakı sakininin evində silah-sursat aşkar edilib

Hadisə Materials 12 Mart 2012 10:18 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Bakı sakininin evində silah-sursat aşkar edilib

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakı sakininin evindən silah-sursat tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Çevik Polis Alayının, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Bünyadzadə küçəsində yaşayan İlham Abbasovun evindən 522 ədəd avtomat patronu, 3 ədəd ov bıçağı, 1 ədəd alışqanı ilə birlikdə "F-1" əl qumbarası və qundağı kəsilmiş "Karabin" markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti