...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirən şəxs tutulub

Hadisə Materials 14 Mart 2012 18:24 (UTC +04:00)
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirən şəxs tutulub.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirən şəxs tutulub

Azərbaycan, Bakı, 14 mart /Trend/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə şəxsiyyətləri hələlik istintaqa məlum olmayan bir qrup şəxsin cinayət əlaqəsinə girərək İran İslam Respublikasının Germi şəhərində yaşayan Mirhimayət Heydərinin tapşırığına əsasən külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirib Cəlilabad rayonunun Yusublu kənd sakini Azər Həsənova təhvil verməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə Azər Həsənovun yaşadığı evin həyətində torpağa basdırdığı 12,7 kiloqram həşiş və 2,1 kiloqram tiryək aşkarlanaraq götürülüb. İlkin dindirmə zamanı sonuncu həmin narkotik vasitələri Mirhimayət Heydərinin göndərəcəyi şəxslərə təhvil verməli olduğunu və bunun müqabilində 2 min ABŞ dolları alacağını etiraf edib.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Azər Həsənov təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayətkar dəstənin digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti