Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/
Bu gün saat 18:00 radələrində "28 May" stansiyasından "Gənclik" stansiyasına istiqamət alan qatar texniki səbəblərdən tuneldə dayandırılıb. Bu barədə cümə axşamı Trend-ə Bakı Metropolitenindən məlumat veriblər.
Nasaz qatara digər qatar qoşulub. Qoşqu qatarı sərnişinlərin çıxarılması üçün qatarı stansiyaya və ardından depoya aparıb.
Bakı Metropolitenindən bildiriblər ki, hazırda bütün problemlər həll edilib.
Yubanma təxminən 20 dəqiqə davam edib.