...

Türkiyənin Van şəhərində terror aktının qarşısı alınıb

Hadisə Materials 20 Mart 2012 10:50 (UTC +04:00)
Türkiyənin Van şəhərində Novruz şənliklərinin keçirilməsi nəzərdə tutulan ərazidə terror aktının qarşısı alınıb.
Türkiyənin Van şəhərində terror aktının qarşısı alınıb

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Van şəhərində Novruz şənliklərinin keçirilməsi nəzərdə tutulan ərazidə terror aktının qarşısı alınıb. Bu barədə Trend Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir.

Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat tədbiri nəticəsində 2 kq partlayıcı maddə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, martın 16-da Türkiyə polisinin keçirdiyi operativ əməliyyat nəticəsində İstanbul, Diyarbəkir, Adana və Mersin şəhərlərində Novruz şənlikləri ərəfəsində planlaşdırılan silsilə terror aktlarının qarşısı alınıb və 15 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti