...

Türkiyədə Novruz şənliyində terrorçu ilə polis arasında qarşıdurma yaranıb

Hadisə Materials 20 Mart 2012 17:17 (UTC +04:00)
Türkiyənin Hakkari şəhərində keçirilən Novruz şənliyində silahlı terrorçu və polis arasında qarşıdurma yaranıb.
Türkiyədə Novruz şənliyində terrorçu ilə polis arasında qarşıdurma yaranıb

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Hakkari şəhərində keçirilən Novruz şənliyində silahlı terrorçu və polis arasında qarşıdurma yaranıb. Bu barədə Trend Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir.

Qarşıdurma nəticəsində iki polis yaralanıb.

Bu gün, həmçinin Türkiyənin Van şəhərində Novruz şənliklərinin keçirilməsi nəzərdə tutulan ərazidə terror aktının qarşısı alınıb. Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat tədbiri nəticəsində 2 kq partlayıcı maddə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, martın 16-da Türkiyə polisinin keçirdiyi operativ əməliyyat nəticəsində İstanbul, Diyarbəkir, Adana və Mersin şəhərlərində Novruz şənlikləri ərəfəsində planlaşdırılan silsilə terror aktlarının qarşısı alınıb və 15 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti