...

Şabran rayonunda iki avtomobil toqquşub, bir ailənin üzvləri həlak olub

Hadisə Materials 22 Mart 2012 12:32 (UTC +04:00)
Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Şabran rayonunda iki avtomobil toqquşub, bir ailənin üzvləri həlak olub

Azərbaycan, Bakı, 22 mart /Trend/

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, martın 20-də saat 21:00 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində kənd sakini Niyətəli Əlibabayevin idarə etdiyi "VAZ-21074" və Rəhimli kənd sakini Sərxan Ələsgərov idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub.

Nəticədə Əlibabayev və sərnişinləri - arvadı Telli və 2 yaşlı oğlu Elmir hadisə yerində ölüb, xəsarət almış Ələsgərov və sərnişinləri Namiq Poladov, Rədxan Həmzəyev və Kamran Paşayev isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti