...

Türkiyə vətəndaşı Gürcüstanda yol qəzasında möcüzə sayəsində sağ qalıb

Hadisə Materials 24 Mart 2012 17:50 (UTC +04:00)
Gürcüstanda Türkiyəyə məxsus trayler aşıb.
Türkiyə vətəndaşı Gürcüstanda yol qəzasında möcüzə sayəsində sağ qalıb

Gürcüstan, Tbilisi, 24 mart /Trend, müxbr N.Kirsxaliya/

Gürcüstanda Türkiyəyə məxsus trayler aşıb. Gürcüstan patrul polisindən şənbə günü Trend-ə bildiriblər ki, Türkiyədən Tbilisiyə gedən plastikatla yüklənmiş trayler Gürcüstanın qərbindəki Simoneti kəndi ərazisində aşıb.

Trayler arxa düşməsinə baxmayaraq, xoşbəxtlikdən Türkiyə vətəndaşı olan sürücü sağ qalıb. O, ancaq yüngülcə qorxub.

Sürücünün iddiasına görə, o, təhlükəli dönüş hərəkəti etmək məcburiyyətində qalıb. Belə ki, şosedə iki avtomobil onun qarşısında bir-birini ötməyə çalışaraq qəza vəziyyəti yaradıb.

Polis yol-nəqliyyat hadisəsinin əsl səbəbini müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti