...

Qaradağ rayonunda yol qəzası nəticəsində 1 nəfər ölüb

Hadisə Materials 30 Mart 2012 04:32 (UTC +04:00)
Qaradağ rayonunda yol qəzası nəticəsində 1 nəfər ölüb.
Qaradağ rayonunda yol qəzası nəticəsində 1 nəfər ölüb

Azərbaycan, Bakı, 30 mart /Trend/

Cümə günü paytaxtın Qaradağ rayonunda baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb. Bu barədə Trend FHN-in rəsmi saytına istinadən xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "BMW" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşmuşdur. Nəticədə, "BMW" markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Hümbətov Orxan Elman oğlu həlak olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

Xəbər lenti

Xəbər lenti