...

Bakı Dəmiryol Vağzalının ərazisinə bomba qoyulması barədə yalan məlumat verilib

Hadisə Materials 11 Aprel 2012 16:34 (UTC +04:00)
Bakı Dəmiryol Vağzalının ərazisinə partlayıcı qurğu qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Bakı Dəmiryol Vağzalının ərazisinə bomba qoyulması barədə yalan məlumat verilib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Dəmiryol Vağzalının ərazisinə partlayıcı qurğu qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda Bakı Dəmiryol Vağzalının ərazisində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi məqsədilə hadisə yerinə cəlb ediliblər. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə vağzalın ərazisinə (150-200 metr məsafədə perronlara, dəmiryol xətlərinin üzərinə və saxlama kameralarına) baxış keçiriblər. Nəticədə, şübhəli əşya aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti