Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/
Bakıda yol hərəkəti qaydalarını pozan piyadalar həm öz, həm də sürücülərin həyatlarını təhlükə altına salırlar.
Trend-in təqdim etdiyi videogörüntülər zamanı məlum olur ki, piyada işıqforun qırmızı işığından keçərkən ağır yol qəzası baş verir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov çərşənbə günü Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında aprelin 23-dən 30-dək təhlükəsizlik həftəliyinə başlanıb. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimənin məbləği 10 manatdır.
Xatırladaq ki, statistik məlumatlara əsasən, cari ilin ilk 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 40 faizini, Bakı şəhərində isə 55,2 faizini təşkil edir.
Bakının təhlükəli piyadaları (VİDEO)
Bakıda yol hərəkəti qaydalarını pozan piyadalar həm öz, həm də sürücülərin həyatlarını təhlükə altına salırlar.

Video Player