...

Hindistanda bərə batıb, 35 nəfər həlak olub

Hadisə Materials 30 Aprel 2012 20:42 (UTC +04:00)
Hindistanın şimal-şərqində, Brahmaputra çayında bərə batıb, 35 nəfər ölüb, 75 nəfər isə itikin düşüb.
Hindistanda bərə batıb, 35 nəfər həlak olub

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Hindistanın şimal-şərqində, Brahmaputra çayında bərə batıb, 35 nəfər ölüb, 75 nəfər isə itikin düşüb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Associated Press" yerli polisə istinadən xəbər verir.

Polisin sözlərinə görə, bərənin göyərtəsində 200 nəfər olub.

Öz növbəsində, "Frans Press" agentliyi yazır ki, bərədə 250 nəfər olub, onlardan 50-si xilas edilib.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

İlkin məlumata görə, hadisəyə pis hava şəraiti səbəb olub.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti