Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Cəfərov/
Dünən İran-İraq sərhədində yerləşən İlam əyalətinin Mormori və Abadanan şəhərlərində yerli vaxtla saat 14:39-da baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində həmin regionda 30-dan çox ev dağılıb, 8 nəfər yaralanıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, həmçinin zəlzələ nəticəsində Mormori şəhərində elektrik və rabitə xətləri sıradan çıxıb. Mormori və Abadananda, eləcə də qonşu şəhərlərdə bütün xilacedici qüvvələr hazırlıq vəziyyətinə gətirilib və xilasetmə işlərini ətraf kəndlərdə davam etdirirlər.
Hadisə nəticəsində ən çox ziyan görən həmin regionda yerləşən kəndlərdir.