Sonuncu abzasda Zaqatala RİH-in məlumatı əlavə edilib (İlk xəbər saat 10:03-də yayılıb)
Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanın şimal-qərbində güclü zəlzələ olub.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün saat 09:00-10:00 arasında baş verən zəlzələnin episentri Zaqatala və Qax rayonlarının arasındadır.
Mərkəzdən verilən məlumata görə, zəlzələ Zaqataladan 17 km aralıda Rixter cədvəli üzrə 5.5 (12 ballıq cədvəl üzrə 7) bal gücündə qeydə alınıb.
Dağıntıların olduğu istisna edilmir.
Zaqatala rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, zəlzələ zamanı bəzi kəndlərdə dağıntı qeydə alınıb. Zəlzələ bu gün səhər saat 09:45-də baş verib. Hündürmərtəbəli binalarda yaşayan əhali evlərini tərk edib.