Azərbaycan, Bakı, 9 may /Trend, müxbir K.Zərbalıyeva/
Fövqəladə Hallar Nazirliyi Şamaxıda sel təhlükəsi ilə qarşılaşan 22 nəfəri xilas edib.
Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinə Şamaxı rayonu, Bağırlı kəndi yaxınlığında yağış və sel sularının intensivləşməsi nəticəsində avtomobillərin və sərnişinlərin köməksiz vəziyyətdə yolda qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş yanğın-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət, avadanlıq və avtomobillər vasitəsilə 22 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər.