Azərbaycan, Bakı, 10 may /Trend/
Çərşənbə günü Cakarta yaxınlığında qəzaya uğrayan "Sukhoi SuperJet-100" təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın İndoneziyadakı səfirliyindən bildiriblər.
Təyyarə çərşənbə günü Cakarta ərazisində nümunəvi uçuş zamanı radarların ekranından itib. "SSJ-100" tarixində ilk dəfə Asiyanın 6 ölkəsində nümayiş turu həyata keçirirdi. Təyyarənin göyərtəsində 5 ölkədən olan 48 nəfər olub. Bunlardan səkkizi Rusiya vətəndaşıdır.
Qəza nəticəsində ölənlərin olması haqqında hələlik məlumat verilmir.