...

Şəkidə sutka ərzində sayca üçüncü zəlzələ baş verib

Hadisə Materials 15 May 2012 04:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend /

Bazar ertəsi axşam saatlarında Şəki rayonunda 3,8 maqnitudalı zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ saat 20:51-də, Şəki şəhərindən 10 km qərbdə qeydə alınıb. Zəlzələ Şəki şəhərində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, bu, Şəkidə sutka ərzində qeydə alınan üçüncü zəlzələdir. Daha əvvəl maqnitudaları 4 və 2,4 olan iki zəlzələ olub.

Mayın 7-də səhər saatlarında Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınmışdı. Həmin gün Zaqatalada daha 8 zəlzələ baş vermişdi. Nəticədə Zaqatalada 3 minə yaxın ev, 124 sosial obyekt uçub və ya tam qəzalı vəziyyətdədir. İnsan ölümü və ciddi xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti