...

Bu gün Zaqatalada 5 bal gücündə zəlzələ olub

Hadisə Materials 15 May 2012 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend müxbir K.Zərbalıyeva/

Bu gün Zaqatalada ikinci dəfə zəlzələ olub.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 09:54-də Zaqataladan 3,4 km cənub-şərqdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

İnsan təlafatı yoxdur.

Bu gün saat 05:30-da Zaqatala şəhərindən 3 km cənubda birinci zəlzələ qeydə alınıb.

Qeyd edək ki, mayın 7-də səhər saatlarında Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınmışdı. Həmin gün Zaqatalada daha 8 zəlzələ baş vermişdi. Nəticədə rayonda 3 minə yaxın ev, 124 sosial obyekt uçub və ya tam qəzalı vəziyyətdədir. İnsan ölümü və ciddi xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti