...

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Hadisə Materials 21 May 2012 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend müxbir K.Zərbalıyeva/

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisində 1 nəfər dənizdə (xilasetmə məntəqəsindən 150 m məsafədə nəzarət olunan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.

Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Xəbər lenti

Xəbər lenti