...

İstirahət günlərində yol qəzalarında 5 nəfər ölüb, 35 nəfər yaralanıb

Hadisə Materials 29 May 2012 09:58 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 27 və 28-də baş verən yol qəzalarında 5 nəfər dünyasını dəyişib, 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İstirahət günlərində yol qəzalarında 5 nəfər ölüb, 35 nəfər yaralanıb

Azərbaycan, Bakı, 29 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda istirahət günlərində 27 yol qəzası qeydə alınıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 27 və 28-də baş verən yol qəzalarında 5 nəfər dünyasını dəyişib, 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzaların 12-si mayın 27-də (20 xəsarət), 15-i isə mayın 28-də (5 ölüm, 15 xəsarət) qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti