...

Bakıda İran gəmisi yanır

Hadisə Materials 13 İyun 2012 12:52 (UTC +04:00)
Bakıda gəmidə yanğın baş verib.
Bakıda İran gəmisi yanır

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakıda gəmidə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda limanda İran İslam Respublikasına məxsus "Niloufar Abi" gəmisinin yük hissəsində "Baku Steel Company" MMC üçün gətirilmiş təxminən 500 ton metal oksidli şlak (su ilə reaksiyaya girdiyi zaman qızışaraq öz-özünə alışan maddə) 60 kvadratmetr sahədə yanır.

Yanğının söndürülməsində xüsusi odsöndürücü kimyəvi maye olan azotdan istifadə edilir. Söndürülmə işləri davam edir.

Hazırda yanğın bölmələri hadisə yerində növbə çəkir, gəminin soyudulması üçün lülələr verilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti