...

Bakıda quldurluq edən cinayətkar dəstə yaxalanıb

Hadisə Materials 18 İyun 2012 13:55 (UTC +04:00)
Quldurluq edən cinayətkar dəstə yaxalanıb.
Bakıda quldurluq edən cinayətkar dəstə yaxalanıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, E.Mehdiyev/

Quldurluq edən cinayətkar dəstə yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron RPŞ əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da Rafiq Eyyubovu bıçaqla hədələyərək ona məxsus mobil telefonu və "VAZ-21074" markalı avtomaşını almış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ziyad Fərzəliyev və əvvəllər məhkum olunmuş Qalib Novruzov tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Hacıyevlə birgə Zahid Əzimovu hədələyərək 25 manat pulunu, mobil telefonunu və "AzSamand" markalı avtomaşınını, habelə iyunun 13-də Elçin Məmmədovu hədələyərək 15 manat pulunu, mobil telefonunu və "Mercedes" markalı avtomaşınını almaları da müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti