...

İrandan gələn Azərbaycan vətəndaşlarının daxili orqanlarından narkotik vasitə aşkarlanıb

Hadisə Materials 23 İyun 2012 10:22 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Biləsuvar Gömrük İdarəsinin sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Abbasov Kamil Mirmansum oğlu saxlanılaraq onun üzərində şəxsi yoxlama aparılıb
İrandan gələn Azərbaycan vətəndaşlarının daxili orqanlarından narkotik vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşlarının daxili orqanlarından narkotik vasitə çıxıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Biləsuvar Gömrük İdarəsinin sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Abbasov Kamil Mirmansum oğlu saxlanılaraq onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı ondan, daxili orqanı- düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş, selofana bükülü 3 ədəd ayrı-ayrı uzunsov bükümlərdə, 2 ədəd bükümdə ümumi xalis çəkisi 96,575 qram olan narkotik vasitə tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 50,86 qram olan narkotik vasitə həşiş qətranı tapılıb.

İİR-dən respublikamıza piyada gələn digər Azərbaycan vətəndaşı Rəhimov Rəhim Vilayət oğlundan isə şəxsi yoxlama zamanı əyninə geydiyi şalvarın sağ yan cibində olan pul kisəsinin içərisindən, gömrük nəzarətinə bəyan olunmayan, bir ədəd konvalyut kəsiyində cəmi 4 ədəd həbdən ibarət "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxil olan,sintetik narkotik vasitə sayılan metadon aşkar edilib.

Bundan sonra yoxlama davam etdirilib və Rəhimov Rəhim Vilayət oğlunun daxili orqanı- düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş, gümüşü rəngli siqaret kağızına bükülərək selofanda qablaşdırılmış 2 ədəd ayrı-ayrı uzunsov bükümlərdə, 1 ədəd bükümdə xalis çəkisi 16,400 qram olan narkotik vasitə heroin, digər bükümdə isə xalis çəkisi 16,500 qram "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr"in I Siyahısına daxil olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti