...

Ağcabədidə ağır yol qəzası olub, xəsarət alanlar var

Hadisə Materials 12 İyul 2012 16:11 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağcabədi rayonu ərazisində "Mitsubishi" və "Kia" markalı 2 minik avtomobili toqquşub.
Ağcabədidə ağır yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ağcabədidə ağır yol qəzası olub, xəsarət alanlar var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağcabədi rayonu ərazisində "Mitsubishi" və "Kia" markalı 2 minik avtomobili toqquşub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Kia" markalı avtomobilin sürücüsü və "Mitsubishi" markalı avtomobildə olan 2 nəfər yaralanıb və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti