...

Bakıda Heydər Əliyev Mərkəzində yanğın söndürülüb (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 20 İyul 2012 13:15 (UTC +04:00)
Bakıda Heydər Əliyev Mərkəzində yanğın baş verib
Bakıda Heydər Əliyev Mərkəzində yanğın söndürülüb (ƏLAVƏ OLUNUB-3)

Azərbaycan, Bakı, 20 iyul / Trend müxbirlər K.Zərbalıyeva, M.Əliyev/

Bakıda Heydər Əliyev Mərkəzi yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon yanğından mühafizə şöbəsindən Trend-ə verilən məlumata görə, bu saatlarda Mərkəzdə yanğın başlayıb. Yanğınla bağlı 4-cü dərəcəli çağırış elan edilib.

Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün təcili tədbirlər görülür.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğının söndürülməsi üçün 10-a yaxın yanğınsöndürən maşın cəlb olunub. Yanğının qarşısını almaq, ətraf ərazilərə yayılmaması üçün müvafiq tədbirlər görülür. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür. Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon yanğından mühafizə şöbəsindən Trend-ə deyiblər ki, yanğının səbəbləri hələ ki məlim deyil.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Mərkəzdə yanğın artıq söndürülüb.

Xəbər lenti

Xəbər lenti