...

Bakıda bir neçə ay öncə avtomobil qaçıran şəxs saxlanılıb

Hadisə Materials 28 İyul 2012 11:47 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, aprelin 16-sı saat 05:10 radələrində M.Hadi küçəsində naməlum şəxs Bakı şəhər sakini Raqif Hacıyevin taksi kimi idarə etdiyi "VAZ-2107" markalı avtomobilə əyləşərək Vidadi küçəsində onu hədələyərək pul tələb edib.
Bakıda bir neçə ay öncə avtomobil qaçıran şəxs saxlanılıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bir neçə ay öncə avtomobil qaçıran şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, aprelin 16-sı saat 05:10 radələrində M.Hadi küçəsində naməlum şəxs Bakı şəhər sakini Raqif Hacıyevin taksi kimi idarə etdiyi "VAZ-2107" markalı avtomobilə əyləşərək Vidadi küçəsində onu hədələyərək pul tələb edib.

Daha sonra Hacıyevi düşürdərək avtomobili qaçırıb. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Osmanov iyulun 27-də yaxalanıb.

Xəbər lenti

Xəbər lenti