Azərbaycan, Bakı, 28 iyul /Trend/
Azərbaycanda elektrik cərəyanı vurması nəticəsində iki nəfər ölüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 27-də Ağdaş rayonunun Abad kəndi ərazisində tikilməkdə olan orta məktəbdə, orada işləyən Kəlbəcər rayon sakini Yaşar Rəsulov elektrik cərəyanı vurması nəticəsində ölüb.
İyulun 27-də Gəncə şəhər sakini Qurban Quliyev Göygöl rayonunun Toğana kəndi ərazisindəki evində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.