...

Bakıda dəhşətli qətl: qız 83 yaşlı anasını bıçaqla öldürüb

Hadisə Materials 31 İyul 2012 10:25 (UTC +04:00)
O, həbs olunub və faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda dəhşətli qətl: qız 83 yaşlı anasını bıçaqla öldürüb

Azərbaycan, Bakı, 31 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda qız anasını qətlə yetirib.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Qaraçuxur qəsəbəsi, Komunal küçəsi, ev 3-də yaşayan 1970-ci il təvəllüdlü Məmmədova Lumina İmran qızı onunla bir yerdə yaşayan anası, 1931-ci il təvəllüdlü Çervon Məmmədovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Məmmədova bildirib ki, anası ilə aralarında tez-tez mübahisə olub. Bu həyat tərzindən bezən qadın anasını qətlə yetirib.

O, həbs olunub və faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti