...

Bakıda avtomobil oğruları yaxalanıb

Hadisə Materials 31 İyul 2012 11:13 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, iyulun 29-u saat 00:10 radələrində I Köndələn küçəsində 2 nəfər naməlum şəxs taksi kimi fəaliyyət göstərən Bakı şəhər sakini Elnur Yəhyayevlə mübahisə edərək "Hyundai" markalı avtomobili əlindən alıb gediblər.
Bakıda avtomobil oğruları yaxalanıb

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobil oğruları yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, iyulun 29-u saat 00:10 radələrində I Köndələn küçəsində 2 nəfər naməlum şəxs taksi kimi fəaliyyət göstərən Bakı şəhər sakini Elnur Yəhyayevlə mübahisə edərək "Hyundai" markalı avtomobili əlindən alıb gediblər.

Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Vəliyev Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində avtomobillə birlikdə saxlanılıb, cinayətin digər iştirakçı olan Orxan İsmayılzadə isə təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Xəbər lenti

Xəbər lenti