Azərbaycan, Bakı, 14 avqust /Trend/
Bu gün tüstülənmə səbəbindən qısa müddətə dayandırılan Bakı Metropoliteninin "İçərişəhər" stansiyasının işi tam bərpa olunub. Stansiya hazırda adi rejimdə çalışır. Bu barədə Trend-ə Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib.
Onun sözlərinə görə, yüksək cərəyanlı naqildəki texniki problem səbəbindən stansiyada tüstülənmə baş verib.
Təhlükəsizlik məqsədilə sərnişinlər təxliyə edilib. 10 dəqiqə ərzində tüstülənmə aradan qaldırılıb. "İçərişəhər" stansiyasının işi tam bərpa edilib.