...

İsmayıllıda meşə yanğınının qarşısı alınıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Avqust 2012 20:27 (UTC +04:00)
İsmayıllı rayonu, Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə təxminən 3 ha kol-kos, quru ot və seyrək ağaclar olan sahə yanır.
İsmayıllıda meşə yanğınının qarşısı alınıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

İsmayıllı rayonu, Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə təxminən 3 ha kol-kos, quru ot və seyrək ağaclar olan sahə yanır.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yaranıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası, habelə Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb edilib. Hazırda yanğının söndürülməsi və meşə zolağına keçməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın artıq söndürülüb.

Xəbər lenti

Xəbər lenti