...

Bakıda balıq tutmaq istəyən bir nəfər batmaq təhlükəsi ilə üzləşib

Hadisə Materials 17 Avqust 2012 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Bakıda balıq tutmaq üçün dənizə gedən bir nəfər batmaq təhlükəsi ilə üzləşib.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bir nəfər balıq tutmaq məqsədi ilə rezin qayıqda Bakı şəhəri, Səbail rayonu ərazisindən dənizə çıxmış və küləkli hava şəraitində (sahildən, təxminən, 5 km dənizin içinə doğru, "Şıx-2" sularda xilasetmə məntəqəsindən, təxminən, 4 km məsafədə, nəzarət olunmayan ərazidə) köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və vətəndaşı xilas etmişlər. Əməliyyat saat 11:00-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti