...

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Hadisə Materials 27 Avqust 2012 08:18 (UTC +04:00)
Bazar günü axşam saatlarında Kürdəmir rayonunda ağır yol qəzası baş verib, nəticədə bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.
Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Bazar günü axşam saatlarında Kürdəmir rayonunda ağır yol qəzası baş verib, nəticədə bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.

Trend-in bazar günü FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Kürdəmir rayonu, Atakişili kəndində vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobilinin digər vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Qəza nəticəsində "VAZ-2106" markalı minik avtomobilin sürücüsü ağır bədən xəsarətləri alaraq hadisə yerində vəfat edib.

Minik avtomobilində olan iki sərnişin isə ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla minik avtomobilindən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti