...

Bakıda kişi 51 yaşlı arvadını və özünü bıçaqlayıb

Hadisə Materials 25 Sentyabr 2012 09:39 (UTC +04:00)
Onların hər ikisi xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Bakıda kişi 51 yaşlı arvadını və özünü bıçaqlayıb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda kişi 51 yaşlı arvadını bıçaqlayıb.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon ərazisində kirayədə yaşayan Lənkəran rayon sakini 1958-ci il təvəllüdlü Zabil Nemətov arvadı - 1961-ci il təvəllüdlü Balaqız Balayevanı bıçaqlayıb. Sonra isə özünə bıçaqla xəsarət yetirib.

Onların hər ikisi xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) və özünü öldürmə həddinə çatdırmaya cəhd (29, 125-ci) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti