...

Bakıda ər arvadını döyərək öldürüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 2 Oktyabr 2012 09:40 (UTC +04:00)
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Bakıda ər arvadını döyərək öldürüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda kişi həyat yoldaşını döyərək öldürüb.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon sakini 1958-ci il təvəllüdlü Musaxan Şamiyev həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nailə Şamıyevanı oğluna məxsus avtomobildə döyüb. Şamıyeva aldığı bədən xəsarətlərindən dünyasını dəyişib.

Şamıyev saxlanılıb və faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Prokurorluqdan Trend-ə verilən məlumata görə, hadisəyə ər-arvad arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə səbəb olub.

Lerik rayon sakini Şamiyev arvadının meyitini evinə aparıb. O, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat verib və polisə könüllü təslim olub.

Xəbər lenti

Xəbər lenti