...

Azərbaycanlı mütəxəssislər Xəzərdə estakada ilə toqquşan İran gəmisi ilə bağlı rəy hazırlayır

Hadisə Materials 8 Oktyabr 2012 13:19 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı Çilov adası yaxınlığında istismar olunmayan estakada ilə toqquşan İranın Parmis gəmisi ciddi zədə almayıb.
Azərbaycanlı mütəxəssislər Xəzərdə estakada ilə toqquşan İran gəmisi ilə bağlı rəy hazırlayır

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı Çilov adası yaxınlığında istismar olunmayan estakada ilə toqquşan İranın Parmis gəmisi ciddi zədə almayıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyası rəhbərinin müavini Ehtiram Rəhimov məlumat verib.

Onun sözlərinə görə, cümə günü baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisənin səbəbləri araşdırılır. Lakin ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mütəxəssisləri estakadanın vəziyyətini qiymətləndiriblər və ciddi zədələnmə aşkara çıxarmayıblar.

Hazırda gəmi Bakıdadır. Administrasiyanın mütəxəssisləri ona baxış keçirir və rəy hazırlayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti