Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda "Cip" markalı avtomobillərin yol hərəkəti qaydalarına əməl etməməsi "yol terroru"nu aktuallaşdırıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin 9 ayında Bakıda baş verən 756 yol qəzası nəticəsində 234 nəfər həlak olub, 831 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qəzaların 271-i (109 ölüm, 243 xəsarət) sürət həddinin aşılması, 112-si (36 ölüm, 175 xəsarət) ötmə qaydalarının pozulması, 63-ü (12 ölüm, 86 xəsarət) yolayrıcını keçmə qaydalarının pozulması səbəbindən baş verib.
Bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.
Bakıda "Cip" avtomobillərinin "yol terroru" (VİDEO)
Bakıda "Cip" markalı avtomobillərin yol hərəkəti qaydalarına əməl etməməsi "yol terroru"nu aktuallaşdırıb.
Video Player