...

Türkiyədə il ərzində 716 terrorçu zərərsizləşdirilib

Hadisə Materials 8 Noyabr 2012 16:22 (UTC +04:00)
2012-ci ilin əvvəlindən oktyabrın sonuna kimi Türkiyə təhlükəsizlik qüvvələrinin apardığı xüsusi əməliyyatlar nəticəsində ölkənin müxtəlif rayonlarında Kürd Fəhlə Partiyasının (PKK) 716 yaraqlısı zərərsizləşdirilib.
Türkiyədə il ərzində 716 terrorçu zərərsizləşdirilib

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Tağıyeva/

2012-ci ilin əvvəlindən oktyabrın sonuna kimi Türkiyə təhlükəsizlik qüvvələrinin apardığı xüsusi əməliyyatlar nəticəsində ölkənin müxtəlif rayonlarında Kürd Fəhlə Partiyasının (PKK) 716 yaraqlısı zərərsizləşdirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Sabah" qəzeti xəbər verir.

716 yaraqlıdan 496-sı məhv edilib, 21 terrorçu yaralanıb, 44-ü saxlanılıb və 155 terrorçu könüllü olaraq təslim olub.

Oktyabr ayında 75 yaraqlı zərərsizləşdirilib.

2012-ci ilin on ayı ərzində Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən PKK yaraqlılarına qarşı altı irimiqyaslı və 19 lokal əməliyyat aparılıb.

Qəzet onu da bildirir ki, 2012-cu ildə 431 yaraqlı, 2011-ci ildə isə 694 terrorçu zərərsizləşdirilib. Habelə, 2010-cu ildə PKK-ya qarşı 13 əməliyyat, 2011-ci ildə isə iki irimiqyaslı və 38 lokal əməliyyat aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti